Kapital Bank Vaşinqton Sammitində iştirak edib
(®) 1-3 aprel 2019-cu il tarixində ABŞ Konqresində bank komitələrinin liderləri, eləcə də ABŞ-ın ən nüfuzlu bank nəzarətçilərinin iştirakı ilə Vaşinqtonda Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib. Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edib.
Vaşinqtonda ABŞ bank rəhbərlərinin ən böyük illik toplantısı olan bu sammit, iştirakçılara ABŞ-ın bank sektoruna nəzarət edən bir sıra ekspertlərin fikirlərini və töhfələrini eşitmək fürsəti yaradıb. Bundan başqa, bankirlər mövcud bankçılıq siyasəti və çətinlikləri ilə bağlı öz baxışlarını bölüşmək imkanı əldə ediblər.
“Bu ilki sammit çərçivəsində “Qarşılıqlı İctimai Bank”, “Formalaşan liderlər” və “Qadın liderliyi” adlı forumlar keçirilib. Tədbirdə, bankirlərə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bank siyasətində dəyişikliklərlə bağlı tövsiyələr edilib. Bu məsələləri həll etmək üçün siyasətçi və dövlət qurumları ilə birgə əməkdaşlıq etməyin vacibliyi vurğulanıb. Həmçinin sammit daxilində ABŞ Konqres və Senatanıda bankirləri maraqlandıran və narahat edən məsələləri müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirilib”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)




