Soğan böhranı - Türkiyədə qiyməti 10 lirəni aşıb
Aylıq soğan istehlakının 150 min tondan çox olduğu Türkiyədə soğanın kiloqramının qiyməti 10 lirəni (3 manat 10 qəpik) keçib.
"Marja" xəbər verir ki, hökumət 30 aprelə qədər quru soğan idxalına tətbiq edilən vergiləri sıfırlamasına baxmayaraq qiymətlər düşümür. Səbəb xaricdən kifayət qədər soğan alına bilinməməsidir.
Türkiyə Statistika Komitəsinin (TÜİK) yaydığı son məlumatlara görə, vergilər sıfırlanmış olmasına baxmayaraq bu ilin yanvar və fevral aylarında xaricdən yalnız 28 min 140 ton quru soğan gətirilib. Yanvarda idxal edilən quru soğan miqdarı 1040 ton, fevralda 27 min 99 ton təşkil edib. TÜİK məlumatlarına görə, yanvarda 922 tonu Azərbaycan, 99 tonu Suriya, 19 tonu da İrandan olmaqla yalnız üç ölkədən soğan idxalı edilib. Fevraldakı 27 min ton soğanın isə 8 min 54 tonu Özbəkistandan, 6 min 821 tonu Misirdən, 6 min 223 tonu İrandan, 4 min 746 tonu da Azərbaycandan idxal edilib. Bundan başqa, Qazaxıstandan 775 ton, Rusiyadan da 480 ton soğan idxal edilib.
ƏN UCUZU İRAN SOĞANIDIR
Türkiyə iki ayda həyata keçirdiyii 28 min 140 ton soğan idxalı üçün bu ölkələrə 6 milyon 657 min dollar valyuta ödəyib. Soğanın orta idxal qiyməti isə 23.6 dollar/sent (təxminən 1 lirə 34 kuruş və ya 40 qəpik) olub. Türkiyə, ölkələr üzrə isə ən ucuz soğanı 15.4 sentlə (təxminən 87 kuruş) İrandan gətirib. Özbəkistan və Rusiya soğanı 1 lirəyə, Misir soğanı 1 lirə 79kuruşa və ən bahalısı olan Qazaxıstan soğanı da 1 lirə 86 kuruşa başa gəlib.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Azərbaycandan Türkiyəyə soğan ixracının da həyata keçirilməsilə ölkəmizdə bu məhsulun qiyməti kəskin artıb. Hökumət ixracın qarşısını almaq və daxili bazarda qiymətləri sabitləşdirmək üçün 30 Aprelədək 1 kq soğan ixracına 2 dollar gömrük vergisi tətbiq edib. Soğanın idxalına tətbiq edilən gömrük rüsumları isə ləğv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























