3 qurum kiçik və orta biznes üçün protokol imzaladı
Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında niyyət protokolu imzalanıb.
Protokolu MBNP-nin idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə KOBİA, MBNP və ABA birgə əməkdaşlıq edəcək.
Sənədə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə konsultativ platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi istiqamətlərində birgə əməkdaşlıq edəcəklər. Tərəflər, həmçinin KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri O.Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi agentlik üçün prioritet məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin aparılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədrinin vəzifəsini icra edən İ.Alışov çıxışında son dövrlərdə qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə bazarlarında nəzərəçarpan müsbət dəyişikliklər, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addımlar və ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi, həmçinin KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan müxtəlif təşviqedici tədbirlər barədə məlumat verib. İ.Alışov bildirib ki, ölkə başçısı tərəfindən 2019-cu il fevralın 28-də imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidliyini təmin edəcək ki, bu da öz növbəsində kiçik və orta sahibkarlıq subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda yeni canlanmaya səbəb olacaq.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyev niyyət protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, kiçik və orta biznesin maliyyə əlçatanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərəfindən KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaq. Beləliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritet sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
7 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)






.jpg)



.jpg)







