"Türk Lirəsi 12 ayda 15 faiz ucuzlaşa bilər"
Qlobal investisiya bankı "Goldman Sachs Group Inc", Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ Dolları qarşısında 15% dəyər itirəcəyi proqnozunu verib.
"Marja" xəbər verir ki, "Goldman", Türkiyə Mərkəzi Bankının (TCMB) Türk Lirəsinə dəstəyi gücləndirməkdən uzaq qərarları ilə, yəqin ki, Lirənin sonuncu dəfə 2018-ci ilin ortasındakı böhran zamanı görülən səviyyələrə (1 Dollar 7 lirəni keçmişdi) gəlməsinə səbəb olacağını bildirib.
"Goldman" strateqləri, "Mərkəzi Bankın keçən həftəki toplantıdan sonra açıqlamasından "ehtiyac olduğu halda əlavə sərt tədbirlərə gediləcəyi" ifadəsini çıxarması həm faiz endirimə, həm də pul vahidinin daha da dəyər itirməsinə qapı açıb" - qeyd ediblər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Goldman"a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL səviyyəsinə qalxa bilər. Beləliklə "Goldman", növbəti 1 illik dövrdə Türk Lirəsinin 15 faiz dəyər itirəcəyi proqnozunu verib.
Dollar/TL məzənnə Bazar ertəsi günü saat 09:40-da 5.95 lirə səviyyələrində olub.
"Goldman" iqtisadçıları, "Faizlər, valyuta əmanətlərinin artımından göründüyü kimi, Türk Lirəsinə etimadın yenidən bərpa edilməsinə yetəcək qədər yüksək deyil" - qeyd ediblər.
"Goldman" iqtisadçıları, "TCMB-nin TL-ni sabitləşdirmək üçün addım atması lazım olacaq. Əmanətçilərin, əmanətlərində Türk Lirəsinin payını artırmaqda maraqlı olmaları üçün daha çox "risk mükafatına" (əlavə faizə) ehtiyac duyacaqlar",- əlavə ediblər.
İqtisadçılar, aşağı səviyyədə və düşən valyuta ehtiyatlarının yəqin ki, TL-yə etimadı daha da azaldacığını sözlərinə əlavə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)










.jpg)






