AKİA sədri: “Yarmarkalar fermerlərin şəxsi texnikaları olmasına maraq göstərdiklərini nümayiş etdirir”
Kənd Təsərrüfatı Nazirliyi Qubada texnika yarmarkasına başlayıb.
Yarmarka Quba-Xaçmaz regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır. 2 gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir.
Kənd təsərrüfatı texnikası yarmarkaları may ayının 20-dən başlayıb. İndiyədək Şəmkir, Bərdə, Şəki, Ucar rayonlarında keçirilib. Yarmarkaları Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.
“Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Dövlət güzəştinin bütün təchizatçılardan texnika alışına tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.
Agentlik sədri qeyd edib ki, fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq, texnika yarmarkasında ənənəvi ehtiyac duyulan traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir. “Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsədimiz onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir” – Mirzə Əliyev bildirib.
Növbəti texnika yarmarkası iyunun 11-12-də Lənkəranda davam edəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















