“Buta Airways” Bakıdan Batumiyə birbaşa aviareyslərə başlayıb
İyunun 14-də “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayıb.
Bununla bağlı keçirilən tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bu günün həm AZAL, həm onun əsas qollarından biri olan “Buta Airways”, həm də Heydər Əliyev Beynəlxalq Aeroportunun II Terminalı üçün əlamətdan hadisə olduğunu deyib.
Bildirib ki, bu gündən “Buta Airways”in yeni istiqamətdə - Bakı-Batumi-Bakı aviareysi açılır. İlk reysdə müşahidə edilən sərnişin bolluğundan aydın olur ki, bu aviareys çox populyarlıq qazanacaq. Bakı-Batumi-Bakı aviareysi Azərbaycan və gürcü xalqlarını bir-birinə daha yaxın edəcək, turizmin inkişafına səbəb olacaq. Bu, həm ölkəmizə gəlmək istəyənlər, həm də həftə sonları Batumidə istirahət etmək istəyən azərbaycanlılar üçün töhfə olacaq. Bu münasibətlə hər kəsi təbrik edirəm və aviareysin fəaliyyətinə uğurlar arzulayıram.
Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze isə yeni aviareysin açılması əlamətdar hadisə adlandırıb, ölkəsinin turizm potensialından danışıb.
"Əminəm ki, bu aviareys Batuminin Azərbaycanda daha populyarlıq qazanmasına, Gürcüstanın turizm bazarına azərbaycanlı turistlərin marağının artmasına səbəb olacaq. İki qonşu ölkənin siyasi, iqtisadi, ticarət ələqələrini inkişaf edir, turizm sahəsində də böyük potensial var. Bakı-Batumi-Bakı aviareysi Gürcüstan və Azərbaycanın turizm əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükünü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.
"Buta Airways" Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
45 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
54 d. əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
57 d. əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Ən çox oxunanlar
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ











.jpg)







