Ən böyük elektronika istehsalçıları Çindən “qaçmağa” hazırlaşır
Dünyanın ən iri elektronika istehsalçıları ABŞ sanksiyalarından yayınmaq üçün yaxın zamanlarda Çindəki istehsalatlarını qismən dayandıracaq.
“Nikkei” işgüzar qəzeti xəbər verir ki, “Hewlett-Packard” (HP) və “Dell” kompaniyaları istehsalatlarının təxminən 30 faizini Çinin xaricinə çıxarmaq istəyir. Hazırda “Microsoft”, “Google”, “Amazon”, “Sony”, həmçinin video-oyun və əyləncə sənayesi nəhəngi Yaponiyanın “Nintendo” kompaniyası analoji tədbirləri nəzərdən keçirir. Dünyanın ən iri personal kompüter və noutbuk istehsalçılarından olan “Lenovo” və “Acer” də istehsalatlarını Çindən çıxarmaq haqqında düşünür.
Xatırladaq ki, ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə - 10 faizdən 25 faizə qədər artırıb. Vaşinqton bu addımı Çinin ticarət sazişindən uzaqlaşması ilə izah edib. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən artıq məhsula rüsum tətbiq edib.
İyunun 29-da Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti meydanlarında ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Cinpin arasında tam formatlı ikitərəfli görüş baş tutub. Görüş çərçivəsində liderlər ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər. Donald Tramp Çin mallarına müəyyən bir müddət yeni rüsumlar tətbiq etməyəcəyinə vəd verib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
32 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
41 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 43 d. əvvəl
-
53 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















