Azərbaycanın ən böyük supermarketlər şəbəkəsi xaricdən 19 milyon borc alır - SƏBƏB
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) və Almaniyanın İnkişaf Təşkilatı (DEG) Azərbaycanın "Araz" supermarketlər şəbəkəsinə anbar əməliyyatlarını yaxşılaşdırması üçün 10 milyon avro (təxminən 19 milyon manat) kredit ayırır.
"Marja"nın əldə etdiyi məlumata görə, AYİB və DEG hər biri 5 milyon avro ayıracaqlar.
"Araz" Azərbaycanın ən böyük supermarketlər şəbəkəsidir və "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Araz Supermarket" şirkəti tərəfindən idarə olunur. Hazırda 122 "Araz" mağazası var. Həmçinin "Spar" supermarketləri də "Araz Supermarket" şirkəti tərəfindən idarə olunur.
ANBARI 3 DƏFƏDƏN ÇOX BÖYÜYƏCƏK
Alınan borc hesabına şəbəkənin anbarı standartlara uyğun genişləndiriləcək. Anbarın sahəsinin 12 min 600 kvadrat metrdən 42 min 600 kvadratmetrə genişləndirilməsi planlaşdırılır. Həmçinin, BREEAM-Good və LEED-Silver sertifikatlarının alınması məqsədi güdülür.
Yeni genişləndirilmiş obyektlər təchizat və paylamanın yaxşılaşmasına, biznesin ümumi səmərəliliyinin və gəlirliliyinin artırılmasına, təzə və dondurulmuş malların daha etibarlı saxlanılmasına, şəbəkənin rəhbərliyinin dövriyyəyə asan nəzarət etməsinə imkan verəcək.
AYİB-in Azərbaycan ofisinin rəsbəri İvana Duarte bildirib ki, AYİB "Araz"ı maliyyələşdirməklə ölkənin sürətlə inkişaf edən pərakəndə sektorunu dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)







