Xorvatiyadan Avroya keçid addımı
Avro Qrupunun sədri və Portuqaliyanın Maliyyə naziri Mario Centeno, Xorvatiyanın Avro pul vahidinə keçidin ilk mərhələsi olan Avropa Valyuta Məzənnəsi Mexanizminə (ERM2) qatılmaq üçün rəsmi müraciət etdiyini bildirib.
"Marja" xəbər verir ki, Centeno, Avro pul vahidini istifadə edən Avropa Birliyi (AB) üzvü olan 19 ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirdiyi Avro Qrupu toplantısının ardından mətbuata açıqlamalar verib.
Xorvatiyanın Avropa Valyuta Məzənnəsi Mexanizminə və bank birliyinə ərizə ilə müraciət etdiyini bildirən Centeno, "Bu, Avro Zonasına qoşulmaq üçün atılması vacib olan ilk addımdır", - ifadəsini istifadə edib.
Centeno, Xorvatiyanın bank nəzarəti, korporativ idarəetmə və biznes dünyası üzrə müxtəlif öhdəlikləri olduğuna işarə edərək, iclasda nazirlərin Xorvatiyanın addımlarını razılıqla qarşıladığını vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Xorvatiyanın qərarlı şəkildə Avro Bölgəsinin bir hissəsi olmağa çalışdığına diqqəti çəkən Centeno, "Avro Bölgəsinin qarşıdakı illərdə böyüməyə davam edəcəyinə inanıram", - deyib.
Bu mərhələdən sonra Avropa Mərkəzi Bankı (ECB) və Avropa Komissiyası, Xorvatiyanın Avropa Valyuta Məzənnəsi Mexanizminə qatılmaq üçün götürdüyü öhdəliklərin necə həyata keçirildiyini yoxlayacaq. Təxminən bir il davam etməsi gözlənilən prosesin sonunda Xorvatiya ERM 2 mexanizminə qatılacaq. Xorvatiya, mexanizmdə ən az iki il gözlədikdən sonra Avro pul vahidinə keçəcək.
Avropa Birliyinə 2013-cü ildə qoşulan Xorvatiyada pul vahidi olaraq "kuna" istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir



























