“METAK”ın xalis mənfəəti kəskin artıb
Azərbaycanda borular və fitinqlər istehsalçısı “METAK” şirkəti 2018-ci ili 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "METAK" 2017-ci ili 1 milyon 408 min manat xalis mənfəət ilə bağlamışdı. İllik müqayisədə şirkət 873 min manat və ya 62% çox qazanıb.
“METAK” şirkəti 2018-ci ilin birinci yarısını 3 milyon 132 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin ikinci yarısında şirkətin mənfəəti 851 min manat azalıb.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, ötən il “METAK” malların satışından 89 milyon 862 min manat gəlir əldə edib. 2017-ci ildə şirkət məhsulların satışından 70 milyon 601 min manat gəlir əldə etmişdi (gəlir 19 milyon 261 min manat və ya 27,3% artıb).
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “METAK” 87 milyon 368 min manat cəmi aktivlərə, 38 milyon 929 min manat cəmi öhdəliklərə və 48 milyon 438 min manat cəmi kapitala malik olub. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin sonunda 66 milyon 547 min manat cəmi aktivlərə, 39 milyon 862 min manata cəmi öhdəliklərə və 26 milyon 685 min manat cəmi kapitala malik idi.
Şirkətin 38 milyon 929 min manat cəmi öhdəliklərnin təxminən 34 milyon manatı kredit borcudur.
Ötən il “METAK” MMC-nin nizamnamə kapitalı 10 milyon 364 min manat artrılaraq 20 milyon manata qaldırılıb.
“METAK” MMC-nin 100%-i Alik Kərimova məxsusdur.
“METAK” şirkəti illik faiz dərəcəsi 14% olmaqla 2 milyon manatlıq və illik faiz dərəcəsi 12% olmaqla 3 milyon manatlıq bir illik istiqraz buraxıb.
"METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)





.jpg)






