"ABŞ, İranla müharibə məsələsində istəkli deyil" - 4 SƏBƏB
İranlı politoloq, professor Sadiq Zibakəlam "İranın regionda hərbi üstünlüyü var. ABŞ bu səbəbdən İranla müharibə məsələsində istəkli görünmür. Müharibə, neftin 100 dollar səviyyəsinə qalxmasına səbəb ola bilər. Tramp bunu istəməyəcək" deyib.
İranlı politoloq Sadiq Zibakəlamın reformistlərlə yaxınlığı ilə tanınan "Şərq" qəzetində "ABŞ-ın İran qarşısında səssiz qalmasının dörd səbəbi" adlı məqaləsi dərc olunub.
“Marja” xəbər verir ki, politoloq məqaləsində ABŞ-ın İrana qarşı hərbi müdaxilə etməməsinin səbəblərini, "İranın bölgədəki hərbi gücü, müharibə xərcləri, ABŞ-da seçici kütləsinin mövqeyi və yaxın keçmişdəki pis müharibə təcrübələri" kimi sıralayıb.
İranın bölgədəki hərbi gücü
Zibakəlam, "İranın regionda hərbi üstünlüyü var. ABŞ bu səbəbdən İranla müharibə məsələsində istəkli görünmür",- məqaləsində qeyd edib.
Təhlükəsizlik və müharibə xərcləri
İkinci ehtimalın, Fars Körfəzindəki neft tankerlərinin təhlükəsizliyilə bağlı xərcləri ABŞ-ın yalnız özünün ödəmək istəməməsini göstərən Zibakəlam, ABŞ Prezidenti Donald Trampın "Bundan sonra NATO ölkələrinin təhlükəsizliyilə bağlı ABŞ-ın pul xərcləməyəcəyi" bəyanatını xatırladıb. Zibakelam, Trampın eyni münasibəti Fars körfəzindən keçən neft tankerlərinin təhlükəsizliyilə bağlı də tətbiq etmək niyyətində olduğuna işarə edib.
Zibakəlam,"Fars Körfəzindən çıxan neft Avropa, böyük bir qismi isə Asiya ölkələrinə gedir. Tramp, Asiya ölkələrinin Avropa ölkələrindən daha çox Körfəzin təhlükəsizliyi üçün lazım olan hərbi xərcləri ödəmələri lazım olduğuna inanır", - qeyd edib.
Bu baxımdan körfəzin təhlükəsizliyilə bağlı bir problemin Tramp üçün çox da arzu olunmaz bir vəziyyət olmadığını bildirən Zibakelam, "Vəziyyət belə olunca Fars Körfəzindən daşınan neftdən daha çox asılı olan ölkələr regionun təhlükəsizliyi üçün də daha çox pul xərcləmək məcburiyyətində qalacaqlar".
Neft qiymətləri
Məqalədə, müharibə üçün ABŞ-ın istəkli olmamasının üçüncü səbəbinin neft qiymətləri olduğunu bildirən Zibakelam belə davam edib:
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Bölgədə yaşanacaq gərginlik nəticəsində neft qiymətlərinin yüksəlməsi, bu sahədəki ixracatçılarından ABŞ-ı zərərə salmayacaq. Lakin müharibə, neftin 100 dollar səviyyəsinə qalxmasına səbəb ola bilər. Tramp, bunu istəməyəcək. Ötən dövrlərdə ölkəsində neft qiymətlərinin bir qədər artması seçici kütləsi tərəfindən yaxşı qarşılanmadı. Mövcud gərginlik səbəbindən neftin bir neçə dollar qalxması amerikalı istehlakçılara hiss ediləcək bir yük olacaqdır".
Əfqanıstan və İraq təcrübəsi
Əfqanıstan və İraqa hərbi müdaxiləsində pis təcrübələrin Vaşinqton rəhbərliyini İranla müharibəyə girmək məsələsində geri durmağa sövq edən dördüncü səbəb kimi qeyd edən Zibakəlam məqaləsində yazıb: "ABŞ, əsgərlərini riskə atmamaq üçün İrana qurudan hücum etməz. ABŞ vətəndaşlarının çoxu müharibə istəmirlər. Bu səbəbdən Tramp özünü ABŞ-ı müharibədən uzaq saxlayan lider kimi göstərir, İranı isə ABŞ və regionun təhlükəsizliyini təhdid edən ölkə kimi göstərməyə çalışmaqdadır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti



























