"Fransız şirkətləri istehsalını Azərbaycana köçürə, buradan sərfəli satışı həyata keçirə bilərlər"
İyulun 29-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Fransa Respublikasının İqtisadiyyat və maliyyə naziri Bruno Lö Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, qonaqları salamlayan S.Şərifov cənab Bruno Lö Merinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qəbul edildiyini və səfərin çox məhsuldar olduğunu ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Nazir ölkəmizin Fransa ilə münasibətlərə hər zaman böyük önəm verdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin iyul ayında və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın 2019-cu ilin mart ayında Fransaya rəsmi səfərlərinin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və bu səfərlərdən sonra iqtisadi əməkdaşlıq sahəsinə böyük işlər görüldüyünü, bir sıra layihələr üzrə sazişlərin imzalandığını, həmçinin yeni müqavilələr üzrə işlərin artıq yekunlaşdığını bildirib.
Bu günlərdə Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox fransız şirkətinin təmsilçilərinin ölkəmizdə səfərdə olduğunu xatırladan S.Şərifov səfər zamanı fransız biznes dairələrinin ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini, hökumətin iqtisadi blokuna daxil olan qurumlarda, nazirliklərdə, eləcə də özəl sektor nümayəndələri ilə səmərəli müzakirələr apardıqlarını qeyd edib.
Nazir həmçinin bildirib ki, mütəmadi olaraq iclasları keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyası da ölkələr arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verir və təsadüfi deyil ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır: ”Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Biz fransız şirkətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşaxəli olmasında maraqlıyıq. Hesab edirik ki, bu əməkdaşlığımız fransız şirkətləri tərəfindən yalnız müxtəlif təyinatlı mal və xidmətlərin tədarük edilməsi ilə məhdudlaşmamalıdır. Birbaşa investisiya qoyulmaqla Azərbaycanda fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər. Fransız şirkətləri Azərbaycanın təşviq imkanlarından istifadə etməklə Fransa istehsalını Azərbaycana köçürə və istehsal edilən əmtəə və xidmətlərin region ölkələrinə sərfəli satışını buradan həyata keçirə bilərlər. Bununla da biz fransız şirkətlərinə əlavə rəqabət imkanı yarada bilərik”.
Öz növbəsində Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Bruno Lö Merin Azərbaycana ilk dəfə səfər etdiyini və Bakı şəhərinin inkişafının və gözəlliyinin onda yüksək təəsürat yaratdığını bildirib.
Fransalı nazir iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, ölkəsinin ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Nazir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını ifadə edib: “Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır. O cümlədən Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsini istəyir. Bundan əlavə, Fransa şirkətləri Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməyə maraqlıdır. Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər”.
Görüşün yekununda ALSTOM şirkəti ilə Azərbaycan Dəmir Yolları QSC arasında texniki dəstəyin göstərilməsinə dair Lokomotivlər parkı üzrə müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və ALSTOM şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.
Sonra Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Bruno Lö Merin mətbuata birgə bəyanatla çıxış ediblər, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
32 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
41 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 43 d. əvvəl
-
53 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib



















