Əvvəlki illərdə vergi qismində ödənilirdi, bu il vətəndaşlara qalıb - 150 MİLYON MANAT
“Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir”.
“Marja” xəbər verir ki, bunu İyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə vergilər naziri Mikayıl Cabbarov bildirib.
Nazir, “İnanırıq ki, biz bu tempin saxlanılmasına nail olacağıq və hörmətli həmkarlarımızla yaxından işləyirik” deyərək sözlərinə belə davam edib:
“Bizdə olan məlumata görə, Dövlət Gömrük Komitəsi də 6 ayda proqnozun 108 faiz icrasını təşkil edib. Bu nəticələrin kökündə duran əsas amillər, ilk növbədə, vergi siyasəti, inzibatçılıq və Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar olub. İkincisi, həmkar qurumlarımızla yaxından, komanda şəklində birgə işimiz, məlumat mübadiləmiz. Üçüncüsü, vergiödəyiciləri ilə münasibətlərimizin təbiətinin dəyişdirilməsi və nəhayət, kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlarımız, o cümlədən dövriyyə və iş yerlərinin kölgədən çıxarılması”.
Mikayıl Cabbarov bildirib ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb: “İcazənizlə mən xüsusilə maraq kəsb edən müəyyən meyillərə diqqətinizi cəlb etmək istərdim. Belə ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Bu, 2018-ci ildəki 65,8 faizlə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 faizini artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıbdır. Bu da Sizin göstərişinizlə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir.Onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14 faiz aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40 faiz artım müşahidə edirik”.
Vergilər naziri çıxışında, vergi nəzarəti tədbirlərinin azaldılmasına da toxunub: “Belə ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb. Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49 faiz artıb, ilin əvvəlindən isə 20 faiz. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 16 d. əvvəl
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı







.jpg)







.jpg)


