Quba və Qəbələyə çəkilən dəmir yol xətti ilə bağlı son vəziyyət
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələyə və Qusara dəmiryolu xətləri çəkir. Bu işlərin görülməsi üçün 2018-ci ilin dekabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamla “Azərbaycan Dəmir Yolları”na 2018-ci il dövlət büdcəsindən 30 milyon manat ayrılıb.
Quba və Qəbələyə çəkilən dəmir yol xətti ilə bağlı son vəziyyət nədən ibarətdir?
Görülən işlər haqqında danışarkən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdi: "Turist axınının artmasını nəzərə alaraq biz çalışacağıq ki, gələn il Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir”.
Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: "Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək".
C.Qurbanov qeyd edib ki, artıq Ləki stansiyasından başlayan 43 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işlərinin tam başa çatdırılması nəzərdə tutulub: "Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq və Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edəcəklər".
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər olacaq. 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 10,7 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 4 ədəd yeraltı keçidin tikintisi tamamlanıb, iki yeraltı keçiddə isə işlər başa çatmaq üzrədir. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə 3 kanalüstü körpüdə tirlər, düzülüb. Tirlərin üzərindəki beton tava quraşdırılmışdır. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb. Bu günə kimi 97 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir. Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür.
Bundan başqa, hazırda Xaçmaz rayonu istiqamətində də dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır. Bakı-Yalama dəmir yolunun əsaslı təmiri üçün tender elan olunub. Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərinə 2019-cu il ərzində başlanması nəzərdə tutulur. Əsaslı təmirin iki il müddətinə başa çatması planlaşdırılır. Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik. "Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı istirahət mərkəzləri yeraltı tunellə dəmir yolu şəbəkəsinə qoşulması istiqamətində araşdırma işləri aparılır", - QSC-dən bildirilib.
Qeyd olunub ki, yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcəkdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









