"Ticarət müharibəsinin dərinləşməsinin qəti əleyhinəyik"
Çin Baş nazirinin köməkçisi Liu He, ticarət müharibəsini müzakirə yolu ilə həll etmək barədə könüllü olduqlarına vurğulayıb və ticarət müharibəsinin qızışmasına qətiyyən qarşı olduqlarını bildirib.
Çinin Yüksək Səviyyəli Ticarət Nümayəndəsi Liu He, ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına qarşı gömrük vergilərini yüksəltməsi və jurnalistlərə Amerika şirkətlərinin Çindən çıxmasını istədiyini deməsinin ardından, ölkəsinin ticarət müharibəsinin qızışmasına "qəti qarşı" olduğunu deyib.
"Marja" xəbər verir ki, "Caixin" tərəfindən Bazar ertəsi günü dərc olunan xəbərə görə, Çin Baş nazirinin köməkçisi Liu He, Chongqingdə etdiyi açıqlamasında, "Biz sakit bir mövqe ilə müzakirə və əməkdaşlıq yolu ilə problemi həll etmək məsələsində ürəkliyik. Ticarət müharibənin dərinləşməsinin yalnız Çin və ABŞ-a deyil, bütün dünyadakı insanların maraqlarına zərər verdiyinə inanırıq" deyib.
Liu He bundan başqa, "ABŞ-li investorlar da daxil olmaqla bütün xarici sərmayədarlar ölkəmizdə xoşluqla qarşılanır" - deyib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Ötən Cümə günü Çin, ABŞ-dan idxal edilən soya lobyası, neft və avtomobil daxil 75 milyard dollar dəyərindəki Amerika məhsullarına əlavə vergi tətbiq edəcəyini açıqlayıb.
Tramp Çinə cavab olaraq, Çindən idxal edilən 250 milyard dollar dəyərindəki məhsullara tətbiq edilən 25%-lik gömrük vergisinin 1 Oktyabrdan etibarən 30%-ə, 10 faiz vergi tətbiq edilən 300 milyard dollar dəyərindəki Çin məhsulları üçün də 10% olan vergi dərəcəsinin də 1 Sentyabrdan etibarən 15%-ə qaldırılacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 34 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb




.jpg)









.jpg)




