Putindən Rusiya iqtisadiyyatı üçün "əlavə tədbir" tələbi
Rusiya Prezidenti Vladimir Putin, Rusiya iqtisadiyyatının qənaətbəxş səviyyədə artmadığını bildirərək, "Daha davamlı və güclü bir iqtisadi artım üçün əlavə tədbir lazımdır. İnflyasiyadakı müsbət gedişə və pensiyalardakı artıma baxmayaraq, xalqın real gəlirləri yavaş-yavaş yüksəlir və bu hal narahatvericidir",- deyib.
Rusiya Prezidenti Vladimir Putin, paytaxt Moskvada Rusiya Baş nazirinin müavini və Maliyyə naziri Anton Siluanov və Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin ilə ölkə iqtisadiyyatında prosesləri qiymətləndirib.
"Marja" xəbər verir ki, Rusiya iqtisadiyyatında inkişafın müsbət səviyyədə getdiyini qeyd edən Putin, "Ancaq ümumilikdə götürdükdə iqtisadiyyatdakı artımın qənaətbəxş səviyyədə olduğunu deyə bilmərik",- söyləyib.
Ölkə iqtisadiyyatına dair yeni həll yollarının lazım olduğuna işarə edən Putin, "Daha davamlı və güclü bir iqtisadi artım üçün əlavə tədbir lazımdır",- deyib.
İnflyasiyanın isə hədəflənən səviyyəyə yanaşdığını qeyd edən Putin, "İnflyasiya hazırda 4,5 faiz səviyyəsindədir və mərhələli bir şəkildə hədəfə yaxınlaşır. Ancaq inflyasiyanın düşməsinə və pensiyalardakı artıma baxmayaraq, xalqın real gəlirləri yavaş-yavaş yüksəlir və bu hal narahatvericidir", - şəklində danışıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Rusiya Federal Statistika Təşkilatı (Rosstat) tərəfindən açıqlanan məlumatlara görə, ölkə iqtisadiyyatı ilin ilk yarısında 0,7 faiz böyümüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
15 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
22 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 33 d. əvvəl
- 38 d. əvvəl
-
56 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb

















.jpg)








