“Azəriqaz” abonentlərinin son sayını açıqladı
2019-cu ilin sentyabr ayının birinə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb. “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir ki, bunun da 32 min 619-u Bakı, Abşeron və Sumqayıt, 26 min 800-ü isə regionların payına düşür.
2019-cu ilin təkcə avqust ayı ərzində əhali sektoru üzrə 5 078 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 040-ı Bakı, Abşeron və Sumqayıt, 2 038-i isə regionların payına düşür.
Beləliklə, 01 sentyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 242 min 350-ə bərabərdir. Bu rəqəmin 2 milyon 211 min 548-i əhali, 30 min 802-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 863 min 397, regionlar üzrə isə 1 milyon 378 min 953 təşkil edir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
"Azərkosmos"ın ixracı cüzi artıb
Ən çox oxunanlar
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb


















.jpg)





