Gömrükçülər 2 milyon manatlıq sənədsiz dərmanlar aşkar edib
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
Komitədən "Marja"yaverilən məlumata görə, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq.
Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib.
Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq "Qırmızı Körpü" gömrük postuna gətirib.
Bundan sonra Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
59 d. əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
2 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
3 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
3 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
4 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib


























