"Taksi xidmətlərinin bu qədər ucuz olması heç də sağlam hal hesab edilmir"

“Hazırda ölkədə taksi xidmətlərinin bu qədər ucuz olması heç də sağlam hal hesab edilmir”.
Bunu şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev bildirib.
“Azərbaycanda taksi şirkətləri yarandıqları ilk dövrlərdə bazara girmək üçün müştərilərə lazımi dəyərindən xeyli aşağı qiymətlər təklif edirdilər. Lakin bu proses çox davam edə bilmədi. Həmin şirkətlər bazarda özlərinə müəyyən qədər yer edəndən sonra qiymətləri nisbətən qaldırdılar. Amma bununla belə, hazırda taksi şirkətlərinin təqdim etdiyi qiymətlər ənənəvi taksilərin qiymətlərindən xeyli ucuzdur. Bunun da səbəbi taksi şirkətlərinin sayının çoxluğu nəticəsində yaranan rəqabətin böyük olmasıdır",- o deyib.
Ekspert hesab edir ki, qiymət formalaşarkən tək müştərilərin deyil, sürücülərin də marağı nəzərə alınmalıdır:
"Qiymətlər ucuz olduğuna görə də artıq şəhərimizin orta təbəqəsinin bəzi nümayəndələri ictimai nəqliyyatdansa taksi şirkətlərinə müraciət etməyə üstünlük verirlər. Əslində taksi xidməti bir o qədər ucuz olmamalıdır. Çünki taksi fəaliyyətinin başqa xərcləri də var və bu xərcləri ödədikdən sonra sürücüyə çox az miqdarda pul qalır. Hətta bəzən sürücülərin qazancı o qədər az olur ki, onlar avtomobili saz vəziyyətdə saxlamağa belə pul tapmırlar. Təsəvvür edin, bu şirkətlərlə işləyən bir sürücü evinə normal çörək pulu aparmaq üçün gərək 12-13 saat dayanmadan işləsin. Bu, acınacaqlı bir vəziyyətdir. Taksi şirkətlərinin qiymətlərinin bu qədər ucuz olması heç də sağlam hal hesab olunmur. Biz bu məsələdə təkcə müştəriləri deyil, sürücüləri də düşünməliyik. Qiymətlərin ucuz olmasından müştərilər razı qalsa da, bu ucuzluq, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyini aşağı endirir.
Eşitdiyimə görə, sürücülərə ödənişi bank kartları ilə edən bəzi taksi şirkətləri bəzən bu köçürmələri gecikdirilər. Bir də, onların təyin etdikləri tariflər sürücüləri qane etmir. Bu zaman taksi sürücüsü iki yol ayrıcında qalır: ya yolların kənarında dayanıb ənənəvi fərdi fəaliyyət göstərməli, ya da bütün gün ərzində ucuz qiymətə müştəri daşımalı. Nəticə etibarilə bu iki kateqoriyadan olan sürücülərin hər biri eyni məbləğdə pul qazanır ki, bu da taksi şirkətləri ilə işləyən sürücülərin narazılığına səbəb olur.
Çünki onlar bütün günü dayanmadan işlədiklərinə və daha uzun məsafə qət etdiklərinə görə avtomobilləri də daha tez xarab olur. Bunun əvəzində isə qazancı fərdi fəaliyyət göstərən taksi sürücüləri ilə eynilik təşkil edir. Əgər taksi şirkətləri ilə işləyən sürücülər çoxlu sayda ucuz sifariş qəbul etməklə öz qazanclarını təmin edirlərsə, ənənəvi fərdi fəaliyyət göstərən sürücülərin də daimi müştəriləri var. Bura onların mütəmadi olaraq məktəblərə uşaqları aparmasını, turistlərlə işləmələrini də əlavə etmək olar. Ona görə də onlar taksi şirkətləri ilə əməkdaşlığa qoşulmurlar".
"Bizdə klassik taksi anlayışı yoxdur. Klassik taksi anlayışına cavab verən taksilər müəyyən standart rəng və görkəmə, salonlara malik olurlar. Onların salonlarında sayğaclar quraşdırılır. Hazırda istənilən Avropa ölkəsində fəaliyyət göstərən bu cür taksilər müəyyən imtiyazlara sahib olurlar. Məsələn, onlar yol kənarlarından, küçələrdən və taksi dayanacaqlarından müştəri götürə bilirlər. Eyni zamanda, onların qiymətləri də nisbətən yüksək olur. Əlavə olaraq Avropa ölkələrində sifarişlə gələn sürücü xidmətləri də mövcuddur. Onların klassifikasiyaları və qiymət siyasətləri tamamilə fərqlidir. Avropanın elə şəhərləri var ki, orada taksi xidməti avtomobilin modelindən, göstəricilərindən, sürücünün hazırlıq səviyyəsinə qədər müxtəlif tələblərlə tənzimlənib”, -ekspert vurğulayıb.
Yuxarıda qeyd edildiyi taksi şirkətlərinin sayının çoxluğu və bazarda rəqabət mühitinin formalaşması gətirib çıxarır ki, bu da qiymətlərdə öz əksini tapır. Aşağıdakı cədvəldə taksi şirkətlərinin "Xətai” metrostansiyasının qarşısından “Elmlər Akademiyası” metrostansiyasının qarşısına qədər olan məsafə üçün müəyyən etdiyi gediş haqqı göstərilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 20 saat əvvəl
-
20 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
22 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
