Beynəlxalq Bankda yeni yaradılan şöbənin rəhbəri olmaq üçün fürsət
(®)Azərbaycan Beynəlxalq Bankı CRM komandasının (müştəri münasibətlərinin idarə edilməsi) meneceri vəzifəsini açıq elan edir. Bu komandanın aparıcı qüvvəsi olmaq və yeni şöbənin yaradılmasına rəhbərlik etmək üçün nadir bir fürsətdir.
Komanda idarəetməsində, müştəri bazasının təhlili və satışları artırmaq sahəsində təcrübəsi olan, şəxsi və peşəkar inkişaf axtaran təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Görəcəyiniz işlər:
-CRM şöbəsinin işinin təşkili və idarə edilməsi;
-Müştərilərin banka loyallığını artırmaq və onların əldə saxlanması üçün fəaliyyətin planlaşdırması;
-Müştəri münasibətlərinin idarə edilməsi və müştəri təhlili üçün CRM strategiyalarının, siyasətlərinin və standartlarının hazırlanması, ən yaxşı təcrübələrin tətbiqi;
-CRM sisteminin inkişafı və tətbiqi proqramının idarə edilməsi: biznes tələblərinin formalaşmasında iştirak, həyata keçirilməsinə nəzarət etmək;
-Hədəf müştəri seqmentlərinin, müştəri davranışı təhlillərinin, strategiyaların hazırlanması, CRM kampaniyalarının planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
-Kampaniya fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması;
-CRM kampaniyalarının həyata keçirilməsi üçün biznes proseslərinin optimallaşdırılmasında iştirak;
-CRM istiqaməti üzrə uzunmüddətli inkişaf planının yaradılması.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
-Adekvat əmək haqqı;
-Rahat iş şəraiti
-Təlim və inkişaf məsələlərindı bankın yaxından dəstəyi;
-Davamlı karyera inkişafı imkanları.
Əgər aşağıdakılar sizə aiddirsə o zaman siz bizim ideal namizədimizsiniz:
-CRM işində ən azı 2 il , təhlil üzrə ən azı 1 illik iş təcrübəsinə sahibsinizsə;
-Bank və ya Telecom şirkətlərdə CRM'in necə işlədiyini bilirsinizsə (riyazi statistikadan istifadə etməklə), satış metodları və kanallarını bilirsinizsə;
-Layihə fəaliyyətində, hədəf proseslərin təsvirində, inkişaf tapşırıqlarında bacarıqlara sahib olmalıdır
-Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsinizsə;
-Sərbəst PC istifadəçisisinizsə, proqramlardan, təhlil alətlərindən (Excel, R / Python / SaS və s.), verilənlər bazasından(SQL) sərbəst istifadə edə bilirsinizsə.
Əgər bizim axtardığımız İdeal namizəd sizsinizsə,15 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-nizi göndərin (məktubun mövzusunda "CRM Manager" qeyd etməniz xahiş olur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























