Dövlət şirkəti böyük məbləğdə zərər açıqladı
Dövlətə məxsus “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2018-ci ili 31 milyon 714 min manat xalis zərər ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 31,6% azdır. ASC 2017-ci ili 46 milyon 411 min manat zərər ilə bağlamışdı.
“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi gəlirləri 829 milyon 402 min manat, cəmi xərcləri isə 861 milyon 117 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.
2017-ci ildə ASC-nin cəmi gəlirləri 559 milyon 407 min manat, cəmi xərcləri isə 605 milyon 818 min manat təşkil etmişdi.
31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 2 milyard 769 milyon manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 1,1% azdır.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
19 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
35 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)






.jpg)










