Dünya Bankı: “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsinin icrası üçün hazırlıq işlərinə başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş keçirilib.
Bildirilib ki, Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi icra ediləcək. Layihə özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilməsi ilə onların əmək bazarına çıxmasına, həm də aktiv məşğulluq tədbirlərinin artırılmasına dəstək olacaq.
Vurğulanıb ki, özünüməşğulluq proqramının əhatə dairəsi mütəmadi olaraq genişlənməkdə davam edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. Bu ildə isə 10 000 ailənin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyən nazir əsas məqsədin həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaq olduğunu qeyd edib.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi çərçivəsində artıq bir neçə görüşün keçirildiyini və layihənin detallarının müzakirə edildiyini bildirib.
S.Babayev bildirib ki, layihənin əhəmiyyəti özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, Nazirliyin nəzdindəki peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə özünü göstərəcək.
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni layihə barədə məlumat verib və artıq icrası üçün hazırlıq işlərinə başladıqlarını bildirib.
Layihə beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, proqramda iştirak imkanları müəyyənləşdirilmiş şəxslər üçün təlim proqramlarının hazırlanması, təlimçilərin əmək haqlarının ödənilməsi, Nazirliyin nəzdində fəaliyyət göstərən peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsi, müdafiə prosesinin təşkili və ən yaxşı biznes ideyalarına malik şəxslərin seçilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın alınması, özünüməşğulluq iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
-
11 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
12 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
13 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
13 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















