Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

4 faizlik sosial ipoteka ilə satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 faizlik sosial ipoteka ilə satılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq.

 

Reklam_3_11

Mənzil İnşaatı Dövlət Agentliyindən  bildirilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Sənəddə mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası da göstərilib. Əsas diqqət isə gənc ailələrə verilir.

 

Tikinti işlərinin 30 faizindən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.

 

Mənzilin dəyəri daxili perimetr üzrə hesablanacaq. Təqdim edilən 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20 faiz fərq – artım deməkdir.

 

Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir. Belə ki, mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq. Eləcə də, Azərbaycan İpoteka Fondu tərəfindən illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.

 

Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10 faizi deməkdir. Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib.

 

© Azərtac

28.03.2017 12:26
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18