İdeyalarını biznesə çevirmək üçün pul qazandılar
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçirilib.
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Bakı və region finalçıları arasından 2019-cu il üzrə qaliblər müəyyən edilib.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə layihə iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
“Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.
Ramin Quluzadə qeyd edib ki, cari ildə iki mindən çox startapçı layihəyə qoşulub. Bu, layihənin gənclər arasında böyük marağa səbəb olduğunu və uğurla həyata keçirildiyini göstərir.
Şamaxıda təşkil edilmiş “İnnocamp – innovasiya yay düşərgəsi”ndə startapçılar üçün yaradılan imkanlardan danışan nazir belə tədbirlərin ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, ölkəmizin 12 regionunda keçirilən startap turlarına 153 komanda qatılıb. Startap turları zamanı dövlət qurumlarının, müxtəlif inkubasiya mərkəzlərinin, texnoparkların, eləcə də nüfuzlu İKT şirkətlərinin nümayəndələri iştirakçılar üçün təlim və seminarlar təşkil edib, onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriblər.
Bakı, Sumqayıt, Şamaxı, Şəki, Zaqatala, Tovuz, Göyçay, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad və Naxçıvanda təşkil olunmuş startap turlarında 17 komanda yarımfinala keçib. Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda – “Heal With” (Bakı), “Health bag” (Göyçay), “PayPort” (Naxçıvan), “Palliativ Plus” (Bakı), “Buqələmun” (Bakı), “OSHE-01” (Şirvan), “Peşəkar” (Naxçıvan), “Nano Desal” (Bakı), “Biobone” (Gəncə), “Agroshare” (Bakı) isə “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında mübarizə aparıb.
Finalda layihələr mütəxəssislərdən ibarət Münsiflər heyəti qarşısında təqdim edilib. Adları çəkilən 10 komanda ardıcıllıq üzrə müəyyən olunmuş vaxt ərzində layihələrini təqdim edib və onlara ünvanlanan sualları cavablandırıb.
Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndirilib.
Beləliklə, “İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibi “Heal With” komandası oldu. Qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə mükafatlandırdı. Azərbaycan Gənclər Fondunun sədri Fərid Cəfərov 2-ci yerin sahibi Buqələmun komandasını, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti 3-cü yerə çıxan Palliativ Plus komandasını elan etdi.
Qeyd edək ki, təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qaliblər 3-6 dekabr tarixlərində təşkil ediləcək 25-ci “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında öz layihələrini təqdim etmək imkanı qazanıblar.
“İ2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     1 saat əvvəl
                    
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
 - 
                     1 saat əvvəl
                    
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
 - 2 saat əvvəl
 - 3 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
 - 3 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
 - 3 saat əvvəl
 - 4 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
                                Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
                                Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
                                Qısa ulduz nömrələri haradan almaq olar?
                                Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
                                Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
                                Təhsildən kənarda qalan uşaqlar
                                Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb
                                Nintendo, əsas oyun konsolunun (Switch 2) artan populyarlığı fonunda satış proqnozunu 19 milyon ədədə qaldırıb
                                Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
                                BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
                                

                        
                    




                                
                                

.webp)





.jpg)
.jpg)


