KOB-lar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bir sıra dövlət dəstəyi mexanizmləri - kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, aqrar məhsulların istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi və s. tətbiq olunur. 2020-ci ilin 1 yanvar tarixindən isə fermerlərə subsidiyalar yeni qaydalarla veriləcəkdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçiriləcək növbəti onlayn maarifləndirmə tədbiri məhz aqrar sahədə tətbiq olunacaq yeni subsidiya qaydalarına və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara dövlət dəstəyi mexanizmlərinə həsr olunacaq.
Noyabrın 6-da saat 11.00-da təşkil olunacaq onlayn tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri müvafiq mövzularda məlumatlandırılacaq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq.
Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 711809561):
- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/711809561 linkinə daxil olmaqla;
- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.
Agentliyin ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.
Onlayn maarifləndirmə tədbirinə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (055 525 30 30, Adil Əhmədov).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)






