"Azərbaycanda insanlar mənşəyi məlum olmayan şprislər alır"
"Təəssüf ki, bu gün Azərbaycanda insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil".
Bu fikirləri "Diamet" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər kəs, əsasən, dərmanın keyfiyyəti ilə maraqlanır: "Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni, 3 hissədən ibarət olan şprisin bir hissəsi 30 faiz steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər".
Zavodun istehsal etdiyi şprislərin iki hissəli olduğunu deyən direktor bildirib ki, artıq Avropanın qabaqcıl ölkələri də üç hissəli şprislərdən istifadə etmir: "Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur".
S.Hüseynova əlavə edib ki, şprislərlərinin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur: "İynələr Azərbaycana hazır şəkildə gətirilir. Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur".
O vurğulayıb ki, zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti olduqca yüksəkdir: "Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir. Əsas məqsədimiz yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir. Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Belə ki, zavodda tibbi kəpənəklər, sistem şlankları, tibbi məhlulların hazırlanması də planda var".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























