AZAL 20-dən artıq yeni nəsil təyyarə alır - AÇIQLAMA
Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.
Məlumatda qeyd edilib ki, “Boeing” korporasiyası ilə iki ədəd “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanmışdır. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.
“Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd “Boeing 787 Dreamliner” və üç ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.
Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.
Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş almışdır.
Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
55 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vurulan zərərə görə sürücüsüz nəqliyyat vasitəsinin sahibi məsuliyyət daşıyacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Ən çox oxunanlar
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!
Ermənistan və ABŞ “Tramp Marşrutu” sazişini imzalayıb
Azərbaycan sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır - qanunlara dəyişiklik edilir
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
Azərbaycan neftinin son qiyməti





















