Xanımların sevdiyi mağaza ödənişlərin qəbulunda “ağıllı”sistemə keçdi
(®) Türkiyənin məşhur "Golden Rose" brendi zəngin dekorativ kosmetika, parfümeriya və qulluq vasitələri seçimi ilə artıq uzun illərdir ki, ölkəmizdə uğurla təmsil olunur. "Golden Rose" yüksək keyfiyyətli məhsullar, əlverişli qiymətlər, xüsusi təklif və kampaniyaları ilə xanımların ən sevdiyi mağazalardan birinə çevrilib.
"Golden Rose" həm də müştərilərinə daha rahat xidmət göstərmək və daxili iş prosesini yüngülləşdirmək məqsədi ilə öz mağazalarında sahibkarlar üçün yeni təqdim olunan smart kassaları ilk quraşdıran şirkətlərdən biri olub.
"Golden Rose"un "Gənclik Mall"da yerləşən dükanının əməkdaşı Kəmalə Salmanova yeni nəsil kassa cihazları barədə danışdı.
“Son zamanlar ölkəmizdə nağdsız əməliyyatların həcmi əhəmiyyətli dərəcədə artmaqdadır. İnsanlar ödəniş edərkən daha çox bank kartlarından istifadə etməyə üstünlük verirlər. Məhz bu səbəbdən şəbəkəmizin şöbələrinə ənənəvi terminallarla müqayisədə daha innovativ, rahat və geniş funksionala malik olan yeni smart kassalar quraşdırıldı. Yeni cihazlar vasitəsilə biz anbar və mühasibat uçotunu apara bilirik, bu isə hesabatların tərtib olunmasına sərf olunan vaxta qənaət etməyə imkan yaradır. Həmçinin yeni kassalar müştərilərimiz üçün də çox əlverişlidir. Belə ki, yeni nəsil “ağıllı” kassalar vasitəsilə POS terminal xidməti, kassa aparatı, QR, taksitlə ödənişlərin qəbulu, Cash-back və digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, smart kassalar dükanımıza sərfəli şərtlərlə Kapital Bank tərəfindən quraşdırılıb”, – deyə, Kəmalə Salmanova bildirdi.
Kəmalə xanım mağazada müştərilərə təqdim olunan ödəniş imkanları və hazırda keçirilən kampaniya barədə də məlumat verdi. “Bildirmək istərdim ki, "Golden Rose"da taksitli alış-veriş etmək də mümkündür. BirKart taksit kartı ilə istənilən məhsulu əldə edərkən, malın qiymətini aylara bölərək hissə-hissə ödəmək olar. Bu zaman heç bir əlavə faiz və ya komissiya tətbiq olunmur. Həmçinin hal-hazırda mağazamızda özəl kampaniya keçirilir. Kampaniyanın şərtlərinə görə BirKart vasitəsilə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştəri müxtəlif hədiyyələrdən birini qazanacaq”, – deyə, "Golden Rose"un əməkdaşı əlavə etdi.
Yeni il üçün kosmetika çantanızı hələ də yeniləməmisiniz? O zaman "Golden Rose"da sərfəli qiymətlərlə orijinal kosmetika, parfümeriya və qulluq vasitələrini əldə etməyə tələsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























