“Bank girovları”nın taleyi necə olacaq?
Azərbaycanda maliyyə məsələləri ilə bağlı məhkəmə qərarlarının qəbulu və icrası prosesləri sürətləndiriləcək.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Azərbaycanda maliyyə mübahisələrində icra prosesi ilə bağlı mövcud vəziyyətin hərtərəfli diaqnostikası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Ədliyyə Nazirliyi və maliyyə institutları ilə birlikdə səlahiyyətli işçi qrupu yaradacaq.
Diaqnostika icra prosesini mürəkkəbləşdirən və ləngidən halları müəyyənləşdirəcək, məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi, girovları ləğvetmə, qiymətləndirmə və reallaşdırma üzrə hərracların təşkilini və apellyasiya proseslərini əhatə edəcək.
Bu zaman girov predmetinə tələbin məhkəmədən kənar qaydada yönəldilməsinin hüquqi əsaslarının yaradılması, girovların satışı üzrə hərracların xidmət haqqının real xərc prinsipi əsasında müəyyən edilməsi və girovların satışının alternativ üsullarla həyata keçirilməsi imkanları qiymətləndiriləcək və müvafiq tədbirlər həyata keçiriləcək.
İşçi qrup qeyd olunan istiqamətləri icra prosesinin keyfiyyətinə və müddətinə təsiri baxımından prioritetləşdirəcək. Sonrakı mərhələdə isə Azərbaycandakı proseslər qabaqcıl beynəlxalq təcrübə ilə müqayisə edilərək kompleks həll yolları müəyyən ediləcək, qanunvericiliyə dəyişikliklər hazırlanacaq.
İşçi qrup müvafiq tədbirlər planı hazırlayacaq. Təsdiq edilmiş tədbirlər planının müvafiq qurumlar tərəfindən tətbiqinə başlanılacaq. Sistemin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlərin nəticəsi üzrə monitorinq və qiymətləndirilmə aparılacaq. Zərurət yarandığı halda əlavə tədbirlər müəyyən ediləcək.
Yol xəritəsində bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır.
Mövcud qanunvericiliyin bəzi hallarda qeyri-müəyyən olması, habelə məhkəmə qərarlarının qəbulunun və həmin qərarların icrasının gecikdirilməsi mövcud məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsinin zəruri olduğunu göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
16 d. əvvəl
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
- 27 d. əvvəl
-
- 32 d. əvvəl
-
44 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
50 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
1 saat əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Ən çox oxunanlar
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı




















