"Dünyadakı enerji qiymətləri məqbul səviyyələrdədir"
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol dünyada enerjidə bir bolluq dövrünə girildiyini, bu səbəbdən dünyadakı enerji qiymətlərinin son dərəcə məqbul səviyyələrdə olduğunu bildirib.
"Marja" xəbər verir ki, Birol, "neftdə, təbii qazda, günəşdə artıq təklif bazara daxil olur. Neftdə ABŞ-dan Kanadadan, Braziliyadan sürətli bir şəkildə neft bazara axacaq. ABŞ-dan, Rusiyadan, Qatardan, Avstraliyadan daha çox təbii qaz bazara axacaq. Bunun nəticəsində dünyadakı enerji qiymətləri son dərəcə məqbul səviyyələrdədir. Məsələn, təbii qaz qiymətləri dünyada 4 - 5 il əvvəlkinə nisbətən yarı yarıya düşmüş vəziyyətdədir. Neft qiymətləri Səudiyyə Əəbistanına terrort hücumu, Venesuelada istehsalın düşməsi kimi hadisələrə baxmayaraq il boyunca 60 dollar ətrafında qaldı. Bu da idxalatçı ölkələr üçün çox gözəl bir xəbərdir" ifadələrini istifadə edib.
"TƏKLİF TƏLƏBDƏN ÇOXDUR"
Neft təklifinin tələbdən çox olduğunu, bu səbəbdən də qiymətlərin çox yüksəlmədiyini qeyd edən Birol, "Əgər Orta Şərqdəki, İran, Səudiyyə Ərəbistanı, Liviyadakı hadisələr keçmişdə olsaydı qiymətlər yuxarı sıçrayardı" şəklində danışıb.
Birol OPEC-ə üzv olmayan ölkələrin istehsaldakı payının artması ilə OPEC-in dünyaya neft qiyməti diktə etmək qabiliyyətinin də ciddi azaldığını bildirib.
"QİYMƏTLƏR MƏQBUL SƏVİYYƏLƏRDƏ QALACAQ"
Mövcud vəziyyətdə neft qiymətlərinin məqbul səviyyələrdə qalacağını nəzərdə tutan Birol, "Dünya iqtisadiyyatı kövrək bir dövrdən keçir. Çin kimi ölkələr aşağı artım göstərir, buna baxmayaraq neft qiymətlərinin son dərəcə aşağı olması yaxşı bir xəbərdir", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












