Bank BTB-dən yeni 24/7 konvertasiya xidməti
(®) Bank BTB İnternet Bankinq sistemində yeni 24/7 konvertasiya xidmətini müştərilərinin istifadəsinə verib.
Bu xidmət vasitəsilə müştərilər banka gəlmədən, günün istənilən vaxtı cari hesabında olan məbləği lazımi valyutaya dəyişmək imkanı əldə edirlər. Bununla da, müştəri vaxtına qənaət edilməklə bank prosedurlarının daha da sadələşdirilməsi və müştəri rahatlığının artırılması təmin olunur.
Qeyd edək ki, Bank BTB İnternet Bankinq sistemi vasitəsilə bank əməliyyatlarının sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirilməsini təmin edir.
Xatırladaq ki, sistemdən istifadə üçün müştəri hesab açdığı filiala yaxınlaşaraq İnternet Bankinq xidmətini aktivləşdirməlidir. Daha sonra, müştəri, təqdim olunan istifadəçi adı və şifrə ilə bankın rəsmi internet səhifəsindən İnternet Bankinq bölməsinə daxil olmaqla və ya birbaşa https://ib.btb.az/? keçid almaqla xidmətlərdən faydalana bilər.
Yaradılmış şəxsi kabinet vasitəsilə istifadəçilər kreditlər, depozitlər, kartlar, hesablar üzrə müvafiq əməliyyatlar apara, həmçinin, çıxarış bölməsindən lazım olan hesab haqqında çıxarış əldə edə bilərlər. Bundan əlavə, sistem onlayn rejimdə kart, köçürmə və valyuta üzrə əməliyyatların icrası və mübadiləsinə də imkan verir.
İnternet Bankinq xidməti üzrə video təlimat: bit.ly/btb-internet-bankinq-video-telimat
Həmçinin, baxın. bit.ly/cari-odenishler
Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 whatsapp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.
Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
26 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























