Dəvələri ilə Avropa səyahətinə çıxıb - YENİ İLİ AZƏRBAYCANDA QARŞILAYIB
Ötən ilin may ayından dəvələri ilə səyahətə çıxan iranlı turist yeni ilin ilk günlərini Azərbaycanda qarşılayıb. Əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri 8 ay əvvəl İranın cənubundan başlayaraq Avropa ölkələrinə səyahətə çıxıb. Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.
İki gündür Biləsuvarda gecələyən turist İmişli, Tərtər, Gəncə istiqamətində səfər edəcək, daha sonra isə Gürcüstan və Avropa ölkələrini gəzmək fikrindədir.
Soyuq ölkələrdə olacağını qabaqcadan nəzərə alan turist çadırda istirahət etmək və gecələmək, eləcə də qida üçün kifayət qədər ehtiyat tədbirləri də görüb.
İranlı turist deyib: “Səyahət məqsədlərimdən biri də gəzdiyim ölkələrdə dəvələri təbliğ etməkdir. Çünki yaşadığım şəhərin tarixi qədim olsa da, dəvələrin sayı çox azdır, insanların əksəriyyəti dəvə saxlamır. Amma bu heyvanlar çox faydalıdır”.
Məhəmməd Əmiri bildirib ki, ölkəmizə qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: “Avropanı gəzib qayıdarkən yenə də buradan, Azərbaycandan keçib getmək istəyirəm. Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.
Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Avropa səyahətindən sonra, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.
© Azərtac
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















