“Muğanbank”ın vəziyyəti məlum oldu
"Muğanbank" 2019-cu ili 1 milyon 967 min manat əməliyyat mənfəətilə başa vurub
2019-cu ildə “Muğanbank” ASC-nin aktivləri artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Muğanbank”ın cəmi aktivləri 99 milyon 936 min manat artaraq 660 milyon 836 min manata çatıb. 2018-ci ilin sonunda Bankın cəmi aktivləri 560 milyon 900 min manat təşkil etmişdi.
Ötən il “Muğanbank”ın müştərilərə verdiyi kreditlər 5 milyon 390 min manat artaraq 366 milyon 66 min manata çatıb.
“MuğanBank”ın digər banklara yerləşdirdiyi depozitlər isə 2 dəfədən çox artaraq 132 milyon 81 min manata yüksəlib. 2018-ci ildə bu depozitlərin məbləği 61 milyon 693 min manat idi.
Ötən il “Muğanbank”ın depozit portfeli 19,4% artaraq ilin sonunda 334 milyon 721 min manata təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLDƏ EDİB
2019-cu ildə “Muğanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 58 milyon 280 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 56 milyon 313 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 967 min manat əməliyyat mənfəəti yaranıb, lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 443 min manat ayrıldığından 8 milyon 307 min manat zərər formalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “MuğanBank”ın cəmi gəlirləri 60 milyon 563 min manat, cəmi xərcləri 53 milyon 77 min manat, əməliyyat mənfəəti 7 milyon 486 min manat, ehtiyata ayırma 6 milyon 55 min manat təşkil etmişdi. Bank həmin ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlamışdı.
31 Dekabr 2019-cu il tarixində “Muğanbank” 81 milyon 80 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
19 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
26 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 37 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb





.jpg)
.jpg)








.jpg)







