1 tondan çox lavanda yağı istehsal olunub, ABŞ-a ixrac edilib
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. 2018-ci ildə rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, gülçülüyün inkişaf etdirilməsi məqsədilə son illər rayon ərazisində 145 hektar sahədə “Dəməşq qızılgülü” və 36 hektarda “Lavanda” gülü plantasiyaları salınıb. Hazırda rayonda, ümumilikdə, 212 hektar gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bundan əlavə, ötənilki mövsümdə müəssisədə sınaq məqsədilə 0,2 hektar sahədə nanə bitkisi də əkilib.
2019-cu ildə “AzRose” MMC-nin 125 hektar barverən qızılgül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül, 36 hektar barverən lavanda plantasiyalarından isə 64 ton 800 kiloqram lavanda ləçəyi tədarük edilib. Tədarük olunan qızılgül ləçəyindən 71,5 litr qızılgül yağı və 1 ton 46 kiloqram lavanda yağı istehsal olunub. Ötən il müəssisə tərəfindən 76 litr qızılgül və 83 kiloqram lavanda yağı ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib.
Bundan əlavə, 2019-cu ildə “AzRose” MMC-də istehsal olunmuş 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən tədarük olunub.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























