Məişət texnikası və ya telefon almaq istəyirsinizsə, 1-2 gün gözləyin

(®) İrşad Elektronics mağazalarının açılışını gözləyənlər bu dəfə iki ünvanı yadda saxlamalı olacaqlar. Bakıda Ağa Nemətulla küçəsi, 42 ünvanında yerləşən “Nərimanov” mağazasının fevralın 1-də və Akademik Mirqasımov küçəsi, 10 ilə Azadlıq prospekti, 103 ünvanının kəsişməsində yerləşən “Azadlıq Rezidence” mağazasının isə fevralın 2-də rəsmi açılışı olacaq.
Açılışı bir neçə kampaniya ilə müşayiət olunan mağazaların hər birinin ilk 50 müştərisi hədiyyə sevinci yaşayacaq. Bu şərtlə ki, yeni mağazadan 300 manatdan yuxarı alış-veriş etsinlər. Ödənişi nağd və ya hissə-hissə etməsindən asılı olmayaraq, mobil telefonlar, soyuducu, paltaryuyan maşın, TV, soba, tozsoran kimi dəyərli hədiyyələrdən birinə sahib olacaq.
Rəsmi açılışdan fevralın 29-dək mağazaların müştəriləri bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 18 ayadək hissə-hissə ödəmə şərti ilə ala bilərlər. Müştərilərin nağd alışlarına 40%-dək endirim təqdim ediləcək.
İrşad Electronics 2019-cu ildən mağazalarının konseptual dizaynını yeniləyərək, xidmət şəbəkəsini də genişləndirməyə başlayıb. Yeni ilin ilk ayında Bakının Sahil qəsəbəsində və Qəbələdə yeni konsepsiyalı mağazalar “50 hədiyyə” kampaniyası ilə qapılarını müştərilərin üzünə açıb. Hazırda bu mağazalarda yanvarın 31-dək alış-verişə sərfəli şərtlər davam edir. Mağazaların yenilənməsi və yeni mağazaların açılmasında məqsəd müştərilərə daha əlçatan olmaqla yanaşı, həm də xidmət səviyyəsini yüksəltməkdir. Yeni mağazalar da daxil olmaqla, İrşad Electronics (https://irtelecom.az/) ölkə üzrə 31 mağaza ilə müştərilərin xidmətindədir.
İrşad ElectronicsSamsung, HONOR və bir sıra başqa məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
8 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 11 d. əvvəl
- 22 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
