"Rayonumuzda daha iki aqropark yaradılır"
“Kürdəmir rayonunda 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır”.
“Marja”nın məlumatına görə, bunu Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.
İcra başçısı qeyd edib ki, Rayonda heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılır. Sizin qayğınız sayəsində Kürdəmir süd emalı zavodunun fəaliyyəti genişləndirilib, yeni istehsal sahələri yaradılıb və zavodda 80 çeşiddən çox məhsul istehsal edilir. Bununla yanaşı, kompleksdə heyvanların sayı 3000 başa, aylıq süd istehsalı 1100 tona çatdırılıb.
“Azərbaycanda termal su ilə isidilən, ilk və yeganə təsərrüfat olan “GEOTERMAL AGRO” MMC-yə ayrılmış 55 hektarın 7 hektarında artıq müasir istixana kompleksi quraşdırılıb. Müəssisəyə 15 milyon manat investisiya qoyulub, növbəti illərdə daha 10 milyon manat investisiya qoyulması planlaşdırılır. Hazırda kompleksdə 80 nəfər çalışır, mövsüm vaxtı isə 200 nəfər işlə təmin edilir. Kompleksdə işlər tam başa çatdıqdan sonra 500 nəfər daimi işlə təmin olunacaq. Keçən il müəssisədə istehsal olunan 2100 ton pomidordan 1500 tonu Rusiyaya ixrac edilib”,- Ceyhun Cəfərov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























