Koronavirus əleyhinə maddə tapılıb
Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar. CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.
Bu barədə www.nachedeu.com saytı xəbər verir.
“Antivirial Research” jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir. Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.
Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və “Zika”, “Lassa”, “Krım-Konqo” viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.
Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində öz təsdiqini tapacaq.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)







