Koronavirusa görə karantində olanların sayı açıqlandı
"Hazırda karantində 500-dək adam var. Onların hamısından yaxmalar götürülüb, koronavirus aşkarlanmayıb".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bu virusa yoluxanların 4-5 faizində xəstəlik yüngül formada keçir və onların xəstəxanada müalicə olunmasına belə ehtiyac qalmır.
İrandan qayıdan 276 Azərbaycan vətəndaşı 14 gün karantində saxlanacaq
“İrandan qayıdan 276 nəfər 14 gün ərzində karantin şəraitində saxlanılacaq. Onların hamısından laborator analiz alınıb”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, fevralın 29-u saat 16:00-dan sərhəddən keçmək istəyən vətəndaşlar Tehrandakı səfirlik və Təbrizdəki baş konsuluq vasitəsilə xüsusi dəhlizlə keçiblər. Onların bütün marşrutu tam planlaşdırılıb və bütün ehtiyac olan tədbirlər planlaşdırılıb.
"ONLARIN VƏZİYYƏTİ STABİLDİR"
Yaqut Qarayeva deyib ki, Hazırda Azərbaycanda koronavirusa yoluxan 3 şəxs var. Onların vəziyyəti tam stabildir.
Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.
VALİDEYNLƏRƏ MÜRACİƏT
Yaqut Qarayeva, "Martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu müddətdə qapalı yerlərə aparmasınlar", - deyib.
Onun sözlərinə görə, bu cür yerlərdə nəinki koronavirus, bütün virusların yayılma riski çox olur: "Ümumilikdə bütün əhalidən xahiş edirik ki, hamı verdiyimiz tövsiyələrə əməl etsin".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























