“Fermer kart”larına 51,3 milyon manat köçürüldü
Payızlıq əkinləri bəyan etmiş fermerlərin kart hesablarına bugünədək 51,3 milyon manat subsidiya köçürülüb
Fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Martın 6-dək 155537 fermerin “Fermer kartı”na 51,3 milyon manat subsidiya köçürülüb.
Fermerlərin EKTİS-ə daxil etdiyi torpaq məlumatları və payızlıq əkin bəyanlarının yoxlamaları başa çatdıqca onların adlarına kart sifariş verilir və subsidiya məbləği kart hesablarına köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.
Martın 6-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 596887-yə çatıb. Fermerlərdən 361307 nəfər payızlıq əkinlərini bəyan edib. Bugünədək EKTİS-də 993718 hektar payızlıq əkin məlumatı bəyan edilib.
Əkin sahələri ilə bağlı rəqəm yekun deyil. Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.
Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə 1 sentyabrdan etibarən başlayacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























