"Naftalan nefti ilə xərçəngi müalicə etmək olar"
"Rosnefteqaz" şirkəti müalicəvi neftin hasilatı üzərində işləyir. Bunu "Rusiyanın regionları" jurnalına müsahibəsində "Rosnefteqaz" dövlət korporasiyasının prezidenti Oleq Sitnikov bildirib.
"Əvvəllər bu cür neft yalnız Azərbaycanda (Naftalanda - red.) var idi. Həmin neftlə insanlar müalicə olunurdu. Hətta kurortlar da var idi, xaricilər də tez-tez ora müalicə üçün səfər edirdilər. Biz Nesterovla (akademik İvan Nesterov - red.) ora getmişdik. Məlum oldu ki, Azərbaycanda bu cür neftin hasilatı yox səviyyəsindədir. Buna baxmayaraq, biz həmin neftin tərkibi barədə məlumat topladıq. Ardınca Yamal neft yatağında bununla bağlı eksperimentlər həyata keçirdik. İnanın ki, bizim neft Azərbaycan məhsulundan heç də geri qalmır! Ardınca bir neçə tibbi tədqiqat apardıq və məlum oldu ki, neft həqiqətən də müalicəvidir. Məhz bundan sonra biz Seçenov adına institutla müqavilə imzaladıq və neftin tərkibinin detallı şəkildə öyrənilməsinə başlanıldı. Burada da özünəməxsus bürokratiya var: neftin insanlara müalicəvi məhsul formasında çatdırılması üçün 10 il tələb olunur. Bunun hesabına, yəni idxal etmədən biz insanlarımızı müalicə edə bilərik. Lakin bu layihənin reallaşdırılması üçün prezidentin (Vladimir Putinin - red.)göstərişi lazımdır. Bilirik ki, onun şəxsi iştirakı olmadan bizdə heç nə işləmir", - deyə O. Sitnikov bildirib.
Korporasiyanın prezidenti iddia edir ki, bu cür neftlə xərçəngə də qalib gəlmək olar: "Sadə dillə izah etsək, xərçəng şişi cütü olmayan elektronların hesabına böyüyür. Həmin neftdə də cütü olmayan elektronlar mövcuddur. Bu elektronlar cütləşsə, müalicə mümkündür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
36 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























