Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyadan neft açıqlaması: 6-10 il dözə bilərik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan neft açıqlaması: 6-10 il dözə bilərik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin kəskin düşməsinə dair açıqlama yayıb.

 

Reklam_3_11

Marja xəbər verir ki, ölkənin Milli Rifah Fondundakı vəsaitin kafi səviyyədə olduğu qeyd edilən açıqlamada, "Fond, aşağı neft qiymətlərinə baxmayaraq dövlətin öhdəliklərini yerinə yetirməsi və makro sabitliyi davam etdirmək üçün kafi səviyyədədir" deyilir. 

 

Rusiyanın əlavə neft və təbii qaz gəlirlərinin köçürüldüyü fondun ölkənin ümumi daxili məhsulunun 9,2%-nə bərabər olduğu məlumatına yer verilən açıqlamada, "Milli Rifah Fondunda 1 Mart 2020-ci il tarixinə 10,1 trilyon rubl (təxminən 138 milyard dollar) var. Fonddakı vəsaitlər neft qiymətlərinin 6-10 il ərzində 25-30 dollar səviyyəsində qalması halında meydana gələcək kəsiri bağlaya biləcək səviyyədədir"  ifadələrinə yer verilib. 

 

Bu gün Rusiyanın əsas ixrac məhsullarından biri olan neftin barel qiyməti 30% düşərək 31 dollara gerilyib.

 

Ötən həftə Avstriyanın paytaxtı Viyanada təşkil edilən və təxminən 7 saat davam edən OPEC+ yığıncağından hasilatın əlavə azaldılmasına dair qərar çıxmadı. Rusiya OPEC-in təklifini qəbul etmədi. Bundan sonra Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını açıqlayaraq, rəsmi neft qiymətlərində endirim etdi. Bu gecə Brent nefti 30%-dən çox ucuzlaşaraq 31 dollaradək düşüb. 

09.03.2020 11:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18