Azərbaycanın 21 sığorta şirkətinin məcmu xalis mənfəəti 1% artıb
"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin 2019-ci ildə məcmu gəlirləri 705 milyon 493 min manat təşkil edib.
Bu, 2018-ci ilə nisbətən 10,8% çoxdur.
Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 11,3% artaraq 620 milyon 659 min manat olub. Şirkətlərdən 10-nun gəlirləri, 13-nün isə xərcləri artıb.
Ötən ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 84 milyon 834 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 6,9% çoxdur.
8 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2 şirkətdə isə maliyyə zərəri artıb.
2018-ci ildə maliyyə mənfəəti əldə etmiş 2 şirkət 2019-cu ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərərinə uğramış 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.
2019-cu ildə sığorta şirkətləri 22 milyon 622 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2018-ci ilə nisbətən 28,7% çoxdur. 21 şirkətdən 6-sı vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb (bunlardan 2-də azalma 100% olub), əvvəlki il vergi ödəməmiş 7 şirkətdən 5-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.
Ötən ilin yekununda Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 62 milyon 212 min manat olub. Bu da əvvəlki illə müqayisədə 0,75% çoxdur. 2019-cu ildə maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 2 şirkətin isə həm də zərəri artıb. 2018-ci ili mənfəətlə başa vurmuş 2 şirkət 2019-cu ili zərərlə, əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ili mənfəətlə başa vurub.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
-
5 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 24 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Ən çox oxunanlar
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir




























