Öldürücü virus Azərbaycanda sürətlə yayılır, ölən var - BU GÜNƏ OLAN RƏSMİ MƏLUMAT
Azərbaycanda 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Operativ Qərargahdan Marja-ya daxil olan məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Eyni zamanda, son 24 saatda koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.
Qeyd edək ki, dünən Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdı və bu ən böyük günlük say idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























