Türkiyə Bankının Azərbaycanda gəlirləri artıb, kredit portfeli böyüyüb
“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ilin 1-ci rübünü 612 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,2% azdır. Bank 2019-cu ilin 1-ci rübünü 959 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması xərclərin və ehtiyata ayırmanın artması ilə bağlıdır.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 5 milyon 646 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 762 min manta təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 883 min manat əməliyyat mənfəəti yaranıb. “Ziraat Bank Azərbaycan” əməliyyat mənfəətinin 1 milyon 270 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından ilk rübü 612 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar-mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 5 milyon 138 min manat, cəmi xərcləri isə 3 milyon 228 min manat təşkil etmiş, nəticədə Bankın 1 milyon 910 min manat əməliyyat mənfəəti yaranmışdı. Bank əməliyyat mənfəətinin 951 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından mənfəəti 959 min manata düşmüşdü.
ARTIM QEYRİ-FAİZ GƏLİRLƏRİNİN HESABINADIR
“Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri ötən ilin ilk rübündə 4 milyon 445 min manat ikən, 2020-ci ilin ilk rübündə 4 milyon 157 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 693 min manatdan 1 milyon 489 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 249 milyon 396 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 150 milyon 765 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonunda “Ziraat Bank Azərbaycan” 253 milyon 491 min manat cəmi aktivlərə malik idi və aktivlərin 145 milyon 434 min mantını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, ilk 3 ayda Bankın kredit portfeli 5 milyon 331 min manat və ya 3,7% artıb.
Ötən ilin sonu ilə müqayisədə Bankın depozit portfeli 980 min manat və ya 1,1% artarq 86 milyon 621 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 68 milyon 702 min manat məcmu kapitala malik olub.
2015-ci ilin əvvəlindən aktiv fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları T.C. Ziraat Bankası Anonim Şirkəti (99.98%) və Ziraat Sigorta Anonim Şirkəti (0.01%) və Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir (0.01%).
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)






.jpg)



.jpg)









