“Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu
“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ilin 1-ci rübünü 656 min manat zərər ilə başa vurub. Halbuki, Bank ötən ilin ilk rübündə 1 milyon 685 min manat xalis mənfəət əldə etmişdi. İlk rübdəki zərər ehtiyata ayırmadan qaynaqlanır.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Yapı Kredi Bank Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 10 milyon 693 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 49 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 644 min manat əməliyyat mənfəəti yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan ehtiyatlara 4 milyon 52 min manat ayrıldığından və 247 min manat mənfəət vergisi ödənildiyindən bank ilk rübü 656 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 11 milyon 956 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 759 min manat, əməliyyat mənfəəti 4 milyon 197 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 1 milyon 973 min manat ayırdığından və 539 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 1 milyon 685 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Həm gəlirlərin azalması, həm də mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın artması ilə əlaəqdar olaraq Yapı Kredi Bank Azərbaycan zərər edib.
2020-ci ilin sonu ilə müqayisədə Yapı Kredi Bank Azərbaycan-ın cəmi aktivləri 14,6% azalaraq 365 milyon 835min manata düşüb. Müştərilərə verilən kreditlər isə 7,6% azalaraq 173 milyon 45 min manata geriləyib.
Yapı Kredi Bank Azərbaycanda depozitlər isə 18% azalaraq 262 milyon 942 min manata düşüb.
31 Mart 2020-ci il tarixində Yapı Kredi Bank Azərbaycan 71 milyon 924 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









