"Toxum dövlətdən, gübrə şirkətdən" aksiyasına start verildi
(®️) “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC pambıqçı fermerlər üçün "Toxum dövlətdən, gübrə şirkətdən" sosial aksiyasına start verib.
Aksiyanın şərtlərinə görə, pambıq əkini sahəsi 5 hektara qədər olan kiçik pambıqçı fermerlərə, əkilməsi planlaşdırılan hər 1 hektar pambıq sahəsi üçün 25 kq pambıq toxumunun 100%-ni fermer kartları vasitəsilə dövlətin verdiyi subsidiya hesabına alan fermerlərə, şirkət tərəfindən 100 kq azot gübrəsi hədiyyə verilir.
Keçirilən aksiyanın məqsədi ölkədə pambıqçılığın inkişafında böyük rol oynayan kiçik pambıqçı fermerlərin inkişafına dəstək olmaqdır.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən gübrə, toxum və digər aqrokimyəvi maddələr bazarının liberallaşdırılmasından sonra yaradılıb. Şirkət regionlarda olan satış nöqtələri və səyyar satış qrupları vasitəsilə fermerləri gübrə, toxum və aqrokimyəvi məhsullarla təchiz edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























