“AGBank və NBC Bankda da vəziyyət ürəkaçan deyil”
“Müvəqqəti inzibatçının təyin edildiyi AGBank və NBC Bankda da vəziyyət ürəkaçan deyil, digər banklardakından (AtaBAnk və Amrahbank) fərqli deyil”.
Marja xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, AGBankın (Azəriqazbankın) normal fəaliyyəti üçün 195 milyon manat, NBC Bankın normal fəaliyyəti üçün 73 milyon manat tələb olunur:
“Banklar üçün minimal kapital tələbi 50 milyon manatdır. Yəni fəaliyyətdə olan bankdırsa ən azı 50 milyon manat kapitalı olmalıdır. Bu gün AGBankın kapitalı mənfi 145 milyon manatdır. 50 milyon manat minimal tələbi də nəzərə alsaq bu Bankın normal fəaliyyəti üçün 195 milyon manat tələb olunur. NBC Bank-ın kapitalı 23 milyon manat minusdur. Yəni 50 milyon manat plyus əvəzinə minus 23 milyondur. NBC Bankın normal fəaliyyəti üçün 73 milyon manat vəsait tələb olunur. AGBankda problemli kreditlər 54%-dir. NBC Bank üzrə isə 32%-dir. Likvidlikləri də çox aşağı səviyyədədir”,- Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov bildirib ki, lisenziyaları ləğv edilmiş AtaBank və AmrahBankda vəziyyət daha ağır olub:
“AtaBank-da kapital minus 214 milyon manatdır. Əgər fəaliyyətdə olan banklar üçün 50 milyon manat kapital tələbini də üzərinə gəlsək AtaBankın normal fəaliyyəti üçün 264 milyon manat vəsait tələb olunur. Bu bank tam şəkildə maliyyə dayanıqlığını itirmişdir, verdiyi kreditlərin 88%-i problemli kreditlərdir. Bank tam şəkildə likvidliyini itirib, əhalinin əmanətlərini və biznesin vəsaitlərini qaytara bilmir. Olduqca acınacaqlı vəziyyətdir. Bu bankın xilas olunması və sağlamlaşdırılması üçün heç bir imkan yoxdur.
Keçək Amrahbanka. Bu bank maliyyə hesabatlarında özünü normal bir bank kimi təqdim edirdi. AmrahBankın kapitalı mənfi 77 milyon manatdır. Bankın normal fəaliyyəti üçün 127 milyon manat kapital lazımdır. Bu bank ilə çox ciddi söhbətimiz oldu. Reallıqlar bankın sahiblərinin diqqətinə çatdırıldı, onlara kapitallaşma planları təqdim etmələri üçün vaxt verildi. Əmanətçilərin pullarının xilas olunması birinci onların borcu idi. Onların belə bir imkanları olmadı, plan təqdim etməkdən imtina etdilər və biz məcbur olduq lisenziyanı geriyə çağırdıq. Amrahbankın müştərilərə verdiyi kreditlərin 40%-i problemlidir. Bu o deməkdir ki, onların geri ödənilməsində problemlər var.
Real vəziyyət bundan ibarətdir. Bu banklarda (AtaBank və Amrahbank) əhəmiyyətli əmanət qalığı var, 400 milyon manatadək əmanət var. Biz bu əmanətləri xilas etməliyik və əmanətçilər bu vəsaitləri geri almalıdırlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 28 d. əvvəl
-
36 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
-
42 d. əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
45 d. əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 51 d. əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu























