Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
Mərkəzi Bank, kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Standard İnsurance” Sığorta Şirkətinin lisenziyasını ləğv etdi
Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilmiş, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.
Bu barədə Marja Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.
Qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılmış və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilmişdir.
Məlumatda deyilir:
"ASC “Standard İnsurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur.
Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılmışdır. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarmışdır.
Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlmişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























