Boyayır, yeyilir, sağaldır…
Sənayedə göy zabanın yerüstü hissəsindən yun parçaları göy rəngə boyamaq üçün istifadə edilir. Bir çox qərb ölkələrində onu tərəvəz kimi də yetişdirirlər. Qida məqsədilə əsasən bitkinin təzə yarpaqlarından istifadə olunması daha geniş yayılıb. Çiçəkləri isə əsasən təzə və şəkərlənmiş halda tətbiq edilir.
Onu xiyarın əvəzedicisi kimi müxtəlif salat, sous, qarnir, soyuq şorba və borşlara qatırlar. Payızda toplanmış köklərindən əsasən yaşıl yağ hazırlanır, bitkinin kökləri pendir, kəsmik və xamaya əlavə edilməklə yeyilə bilər. Müxtəlif içkilərin ətirləndirilməsi üçün də ondan istifadə edilir. Göy zaban ətə və balığa qeyri-adi iştahaaçıcı dad verir. Təzə və qurudulmuş çiçəkləri likyor və qənnadı sənayesində keyfiyyətli xammal sayılır.
Onu əczaçılıq sənayesində boqato da adlandırırlar və bunu iki cür izah edirlər. Birinci versiyaya görə, “boqato” ərəb dilində “abu raş” sözündən götürülüb, tərcümədə “tərin atası” mənası verir və bu, bitkinin güclü tərlədici təsiri ilə əlaqədardır. Digər versiyaya görə, onun adı “burra” sözündən götürülüb və latınca”kobud yun parça” deməkdir.
İngiltərədə I Yelizavetanın hakimiyyəti illərində bitkinin çiçəkləri bütün salatlara əlavə edilirdi və elə hesab edirdilər ki, göy zaban onu yeyənlərdə xoş hisslər oyadır. İngilis təbibləri lunatizm, melanxoliya və mənfi əhvali-ruhiyyəni bitkinin şirəsi ilə müalicə edirdilər. Hazırda Avropada göy zabanın toxumlarından əldə edilən yağ diqqətlə tədqiq edilir.
Maddələr mübadiləsini yaxşılaşdırdığına görə bir çox daxili orqanların xəstəliklərində diyetik qida kimi qəbul edilir. Revmatik, podaqrik və digər oynaq, sümük və əzələ ağrılarında da onun tətbiqi müsbət nəticələr verir. Bitki əsasında hazırlanan preparatlar böyrəküstü vəzin qabıq maddəsinə stimuləedici təsir göstərərək adrenalin sintezini artırır və orqanizmi təbii olaraq tonuslandırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 49 d. əvvəl
-
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























