“Biz pandemiya dövründə satışlarımızı artıra bildik”
“Qardaşlar mebel”in rəhbəri: Pandemiya ilə əlaqədar ölkədə fəaliyyət göstərən mebel sexlərinin operativ qərargahın təyin etdiyi qaydalar çərçivəsində işləyə bilməməsi də sifarişlərin böyük hissəsini ixtisaslaşmış şirkətlərə yönəltdiTexnoloji yeniliklərə və insan kapitalına daima yatırım etməsi ilə seçilən “Qardaşlar mebel” şirkətinin satışları ölkədə pandemiya olmasına baxmayaraq artıb.
Yeniliklərə dəstəyi ilə seçilən şirkətin rəhbəri Əli Mirzəyev pandemiya səbəbi ilə dünyada və ölkədə baş verənlərin mebel sektoruna müsbət təsir göstərəcəyinin gözlənilən olduğunu söylədi.
“Belə bir vəziyyətdə bir çox şirkətlərin öz əməkdaşlarına evdən işləməyə icazə verəcəyini təxmin etmək o qədər də çətin deyildi. Biz yaxşı anlayırdıq ki, şirkətlərin belə bir addım atmaları evlərdə kiçik ofis güşələrinin yaranmasına təkan verəcək. Şirkətlərdə çalışan əməkdaşların iş masalarının evlərə daşınması bahalı proses olduğundan, həmçinin bu proses virusun yayılması riskini artıracağı üçün ofis mebellərinə olan tələbatın artması bizim üçün gözlənilən idi. Pandemiya ilə əlaqədar ölkədə fəaliyyət göstərən mebel sexlərinin operativ qərargahın təyin etdiyi qaydalar çərçivəsində işləyə bilməməsi də sifarişlərin böyük hissəsini ixtisaslaşmış şirkətlərə yönəltdi. Biz çox şadıq ki, krizis kommunikasiya planını doğru qurmaqla, pandemiya dövründə satışlarımızı artıra bildik.”
“EV OFİSİ ƏVƏZ EDƏ BİLMİR”
Şirkət rəhbəri pandemiya dövrünün onlar üçün ofis mebellərinin istehsalı istiqamətində yeni mərhələ açdığını vurğuladı:
“Müştərilərin istər internet, istərsə də telefon üzərindən verdiyi sifarişləri analiz etməklə yeni növ insan vərdişlərinin şahidi olduq. İnsanlar anladılar ki, evdə gündəlik istifadə üçün nəzərdə tutulan masalar, iş yerlərində olan ofis masalarını əvəz edə bilmir. Bu həmçinin gördüklərin işin keyfiyyətinə də ciddi təsir edir. Düşünürəm ki, müştərilərdən əldə etdiyimiz bütün bu məlumatlar bizə daha da praktik və funksional ofis mebelləri istehsal etməyimizə təkan verəcək.”
SMART OFİS MEBELİNƏ MARAQ ARTIB
Əli Mirzəyev həmçinin müştərilərin smart ofis mebelinə olan marağının artdığını da söylədi: “Müştərilər yerli şirkətin belə bir innovativ mebel istehsal etməsi fikrini maraqla qarşıladılar. Bu istiqamətdə də artıq sifarişlərin icrasına başlamışıq. Həm sağlamlıq, həm gündəlik lazım olan texnoloji elementlərin bir arada olduğu ofis mebelinə sahib olmaq indiki dövr üçün olduqca vacibdir.”
MEBELLƏRİNİ AMERİKA BAZARINA ÇIXARACAQ
Qeyd edək ki, “Qardaşlar mebel" şirkəti Azərbaycanda ilk smart mebel istehsalçısıdır. Şirkət həmçinin bu ilin sonuna kimi istehsal etdiyi mebelləri Amerika bazarında çıxarmağı planlaşdırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
-
55 d. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
10 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq




















